Sürücülər qayda pozduqlarını SMS xəbərdarlığı ilə daha tez biləcək
Yaxın vaxtlarda sürücülərin cərimə balları, qayda pozuntusuna görə bütün məlumatları SMS-lə alacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yeniliyin tətbiqi sürücülərin məsuliyyətini bir qədər də artıracaq.
Belə ki, əvvəllər sürücülərin qayda pozuntuları barədə məlumat onların yaşadığı ünvana bildirişlə gəlirdi.
Yol polisləri operativliyi artırmaq üçün onlara zəng də etməli olurdu. Yeniliyin tətbiqindən sonra bütün bu işlər daha sürətli şəkildə davam edəcək. Bu layihənin reallaşması nəticəsində sürücülər qayda pozduqda dərhal bu barədə mobil telefonuna göndərilən SMS-lə məlumatlandırılacaq.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL