Moskvada fərdi məlumatların mühafizəsi məsələləri müzakirə olunacaq
Cari ilin 5-8 noyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Bütün ölkələrin vətəndaşlarının şəxsi həyatının toxunulmazlığı üzrə beynəlxalq əməkdaşlıq" mövzusunda 4-cü beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə maliyyə-kredit təşkilatlarının, dövlət strukturlarının, telekommunikasiya şirkətlərinin, təhsil, səhiyyə, nəqliyyat və turizm müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və s. qurumların nümayəndələrindən ibarət olmaqla 10-dan artıq ölkədən 150-dən artıq şəxs iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, konfransda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Eyvaz Alışov təmsil edəcək.
Konfransda sahə üzrə Avropa qanunvericiliyinin təkmilləşdirilməsi, yeni yaranan təhdidlər və onlara qarşı mübarizə, qarşılıqlı yardım aspektləri, sosial şəbəkələrdə, telekommunikasiya və bank sektorlarında fərdi məlumatların mühafizəsi və s. mövzularla bağlı məsələlər müzakirə olunacaq.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL