“Samsung” şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək
"Samsung Electronics" və "Corning" ("Gorilla Glass" şüşə istehsalçısı) şirkətləri məhsul tədarükünə dair onillik saziş imzalayıb. İmzalanan sənəd "Samsung Corning Precision Materials" birgə müəssisəsinin (bu sazişin dəyəri 1,9 milyard dollar qiymətləndirilir) idarəçiliyinin "Corning" şirkətinə keçməsini və "Samsung" tərəfindən şüşə istehsalçısına daha 400 milyon dolların yatırılmasını da nəzərdə tutur.
"Corning" şirkətinin baş direktoru Vendell Viksin bildirdiyinə görə, "Samsung" nümayəndələrinin fikrincə, "Corning"in sahib olduğu texnologiyalar gələcəkdə məişət elektronikasının istehsalı üçün daha böyük əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, "Gorilla Glass" şüşəsi smartfon, planşet və notbuk ekranlarının cızılmalardan qorunması üçün istifadə olunur, - "Computerworld www.osp.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL