waplog

“IBM” şirkəti “ARM Holdings” texnologiyasını lisenziyalaşdırır



“IBM” korporasiyası Britaniyanın “ARM Holdings”i ilə lisenziya sazişi imzalayıb. Sazişin şərtlərinə əsasən, “İBM” kommunikasiya və şəbəkə həlləri üçün proqramlarında “ARM” şirkətinin mikroprosessor həllərini və texniki dizaynını birinci istifadə etmək imkanını əldə edir.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “IBM”-in bəyanatında qeyd edilib ki, bu saziş yüksək istehsal gücünə malik olan şəbəkə və mobil  front-end məhsullarının hesablama gücünü artırmağa və həmçinin bazara aşağı səviyyədə istehlak və yüksək iş sürətinə malik olan biznes üçün yeni nəsil şəbəkə həlləri çıxarmağa imkan verəcək.

“IBM” şirkəti  “ARM”-in  “ARM Cortex-A15”, “ARM Cortex -A12” və “ARM Cortex- A7” prosessor texnologiyalarını lisenziyalaşdırıb. Bu texnologiyalar hazırda smartfonlarda və planşetlərdə istifadə edilir. “IBM” korporasiyası kommunikasiya və şəbəkə aparat təminatlarının layihələndirilməsi haqda da məlumat verib.

“IBM” və “ARM” şirkətləri lisenziyalaşdırma haqda sazişləri son 13 il ərzində imzaladıqlarını, bugünkü sazişin isə əməkdaşlığı genişləndirdiyini bildiriblər. Bu günədək “IBM” şirkəti “ARM” arxitekturunu onun bəzi hissələrini “Power” prosessorlarında  istifadə etmək üçün lisenziyalaşdırırdı. “IBM”-dən başqa Britaniya çipmeykerinin bir sıra digər şirkətlərlə sazişləri var, o cümlədən “Samsung”, “Apple”, “AMD” və digərləri ilə.
Şirkət  eyni zamanda “ARM” məhsul xəttində aparıcı qrafik texnologiya olan “ARM Mali-450” lisenziyalaşdırıb.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL