“Microsoft” Londonda 5 metr hündürlüyündə nəhəng “Surface 2” planşetini quraşdırıb
“Microsoft” korporasiyası “Surface 2” və “Surface Pro 2” planşet kompüter modellərinin tanıdılması üzrə reklam kampaniyası çərçivəsində qeyri-adi aksiya keçirərək Londonun Trafalqar meydanında 383 düyümə malik 27х17 fut ölçülü (823х518 sm) və “Type Cover 2” klaviaturalı nəhəng “Surface 2” planşetini quraşdırıb. Planşetin yığılması üçün 12 saat lazım olub.
Nəhəng qurğuya “USB” və “microHDMI” çıxışları vasitəsilə adi “Surface 2” modelindən, eləcə də klaviaturanın köməyi ilə qoşulmaq mümkündür. Nəhəng klaviaturanın düymələri arasında lazımi klavişə yaxınlaşmaq üçün cığırlar salınıb.
Trafalqar meydanında hər gün minlərlə turistin olması səbəbindən korporasiya nəhəng planşetin burada quraşdırılmasına qərar verib, - “3DNews.www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL