waplog

Sumqayıtda hava keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sistemi yaradılır



 
Sumqayıt şəhərində hava keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sisteminin əsasları yaradılır.
 
Sözügedən tədbir Avropa Birliyinin “Hava keyfiyyətinin idarə olunması” layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Azərbaycanda hava keyfiyyətinin idarə olunması sahəsində qanunvericilik aktları təkmilləşdirilir, təbiətdən istifadə üzrə kompleks icazələr sisteminin yaradılması üçün potensial inkişaf etdirilir.
 
AMEA Radiasiya Problemləri İnstitutundan bildirilib ki, Avropa Birliyinin “Hava keyfiyyətinin idarə olunması” layihəsi “AQTA- Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Regional Fəaliyyət Planı 2009” çərçivəsində 7 ölkədə həyata keçirilir.
 
 2011-2014-cü illəri əhatə edən layihə çərçivəsində  AMEA Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, k.e.d., professor İslam Mustafayev bu günlərdə Kiyev şəhərində təşkil olunan seminarda iştirak edib.
 
Təbiətdən istifadə üzrə kompleks icazələr sisteminin yaradılması məsələsinə həsr olunan seminarda layihənin Azərbaycan üzrə Milli koordinatoru İ.Mustafayev Azərbaycanda bu sahədə görülmüş işlərdən danışıb, qarşıda duran məsələlər barəsində müzakirələr aparıb. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL