“LG”-dən cızıq və əl izlərinə davamlı yeni smartfon
"LG Electronics" şirkəti tərəfindən elan edilmiş texniki spesifikasiyaya əsasən, "LG G Flex" smartfonu 720p təsvir ölçülü 6 düymlük bükük ekranla təchiz ediləcək. Aparatın çəkisi 177 qram olacaq, modellərdən birinin qalınlığı 7,9 mm, başqasında isə 8,7 millimetr olacaq. Aparat 2.26 QHs takt tezlikli "Qualcomm Snapdragon 800" dördnüvəli prosessoru, 2 QB əməli yaddaşı, həmçinin 13 meqapiksellik kamera və 3500 milliamper/saat tutumunda akkumulyatorla təchiz ediləcək.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Koreya şirkətinin nümayəndələri bildiriblər ki, aparat cızıq və əl izlərinə davamlı möhkəm xüsusi örtüklə təchiz ediləcək. Sözügedən yenilik Koreyada noyabrda təqdim ediləcək. Dünya bazarına çıxarılacağı haqqında məlumat yoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL