waplog

Azərbaycanda ən çox hansı şirkətin smartfonlarına tələbat var?


Azərbaycan mobil telefon bazarında “Nokia” şirkətinin bazar payı bu ilin yanvar-sentyabr aylarında 21,8%-dən çox azalıb.

“ICTnews” xəbər xidmətinin “Global Stats” şirkətinin araşdırmalarının nəticələrinə əsasən verdiyi məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin bazar payı 36%-dək azalıb.

Buna baxmayaraq, hazırda bu şirkətin telefon satışları lider mövqeyini itirmir və ölkənin mobil qurğu bazarında 36,79% təşkil edir. Avqust göstəriciləri ilə müqayisədə, sentyabrda “Nokia”nın bazar payı 4,4% artıb.

“Global Stats”ın proqnozlarına əsasən, sentyabrda “Samsung”un bazar payının 2,5% azalması müşahidə olunub. Buna baxmayaraq koreyalı istehsalçılar mobil qurğularına olan tələbata əsasən, 29,95% bazar payı ilə ikinci yerdə qərarlaşıb.

Yanvar göstəricisi ilə müqayisədə sentyabrda Azərbaycanda “Samsung”un bazar payı 35,52% artıb, bu da ötən illə müqayisədə 82% artım deməkdir.

Sentyabrda satış həcmlərinə görə üçüncü yeri tutan “Apple” şirkətinin mobil qurğularının bazar payının 5,57% azalması qeydə alınıb, son 9 ay ərzində isə “Apple” şirkətinin payı 24% artıb.
“Apple” şirkətinə ölkənin mobil telefon bazarının 12,72%-i məxsusdur, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

Satış həcmlərinə görə dördüncü yerdə 12,42% bazar payı ilə əsasən Çin şirkətləri olan, tanınmayan istehsalçılar olub. Sonra 2,2% bazar payı ilə “Blackberry”, 2,11%-lə - “Sony”, 1,95%-lə - “HTC”, 0,71%-lə - “LG”, 0,69%-lə - “Huawei” və 0,25%-lə “Google” şirkətləri gəlir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL