waplog

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi,  Multimedia Mərkəzinin təşkilatçılığı ilə   keçirilən “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə reallaşdırılan birhəftəlik təlimlər başa çatıb. “İKT İli” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, “elektron hökumət”in formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu təlimlər qabaqcadan jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçirilib.  Təlimlər yeni media və İT sahəsində tanınmış mütəxəssisləri və ekspertləri, eləcə də XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov  və “Elektron hökumət” portalının əməkdaşları  İlqar Abdullayev və Rahib Əliyev tərəfindən  aparılıb. Sözügedən kurs zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
 
Artıq məlumat verildiyi kimi, “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində eyni zamanda jurnalistlər və bloqçular üçün  “Onlayn Media” müsabiqəsi və “Twitter” mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da keçirilir. Hazırda müsabiqə qaydalarına uyğun olaraq materialların müsabiqəyə təqdim olunması davam edir və 15 noyabr tarixində başa çatacaq.
Noyabr ayının sonunda layihənin yekun təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Təqdimat mərasimində müsabiqənin qaliblərinə planşet və smartfonlar, eləcə də diplomlar təqdim olunacaq. Həmçinin təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL