waplog

İsveçrə xarici casus proqramlarından qorunmaq üçün yeni texnoloji həll üzərində işləyir


İsveçrə hökuməti ölkə daxilində kommunikasiya sistemi və xarici casus proqramlarından daha yaxşı qorumağa icazə verəcək bir sıra yeni texnologiyaları inkişaf etdirmək niyyətindədir. Bu barədə bazar günü ölkə prezidenti Ulya Maurer deyib. "Yaxın günlərdə bizim təqdim edəcəyimiz yeni texnologiya dövlət şəbəkələrinin kommunikasiya təhlükəsizliyini xeyli dərəcədə yaxşılaşdıracaq" – o, “Schweiz am Sonntag” yerli həftəlik qəzetinə müsahibəsində deyib.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ry” saytına istinadən bildirir ki, o, müsahibədə texnologiya ilə bağlı əlavə məlumatlar təqdim etməkdən imtina edib və onun iş prinsipi haqqında danışmayıb, lakin deyib ki, yeni texnologiyanın inkişaf etdirilməsi haqqında qərar hələ dünya mətbuatı ABŞ-ın casus proqramları haqqında yazmamışdan əvvəl qəbul edilib.

O, həmçinin əlavə edib ki, İsveçrə həmişə öz kommunikasiya sistemlərini istənilən xarici müdaxilədən qorumağa çalışıb. "Məsələn, mən vacib zəngləri həmişə təhlükəsizliyinə əmin olduğumuz simli rabitə xətləri ilə edirəm” – o deyib. O həmçinin deyib ki, şəxsi mobil telefonundan yalnız şəxsi ünsiyyət üçün istifadə edir, buna görə də bu danışıqlar xarici kəşfiyyat üçün bir o qədər yüksək maraq kəsb etmir.
O, həmçinin qeyd edib ki, hazırda İsveçrənin əlində ABŞ-ın casusluğu ilə bağlı heç bir sübut yoxdur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL