GPS stansiyalarının sayı artırılır
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) telemetrik seysmik stansiyalar şəbəkəsi genişlənməkdə davam edir. AMEA-dan verilən məlumata görə, mərkəzin quruda yerləşən daha 4 telemetrik seysmik stansiyasında tikinti-quraşdırma işləri başa çatıb və Ağdam, Füzuli, Beyləqan və Yardımlı seysmik stansiyaları işə başlayıb.
Qeyd edək ki, hazırda mərkəzin quruda 35 telemetrik stansiyası fəaliyyət göstərir. Bu il mərkəz tərəfindən respublika ərazisində 21 GPS stansiyası quraşdırılıb, Saatlı rayonu ərazisində dərinliyi 8324 metr olan quyu üzərində qazılmış daha bir GPS stansiyasında isə quraşdırma işləri başa çatmaq üzrədir. Həmin quyu üzərində quraşdırılmış GPS stansiyası vasitəsilə Yerin təkində gedən prosesləri daha yaxşı müşahidə etmək mümkün olacaq.
RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işləri də davam etdirilir. İlkin olaraq dənizdə 3 seysmik stansiyanın quraşdırılması, gələcəkdə isə onların sayının 10-a çatdırılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL