Müasir smartfonların əsas üç inkişaf yolu
Smartfonlar hazırda yüksək inkişaf mərhələsinə qədəm qoyublar və az qala hər həftə rəqiblərini hansısa parametrdə üstələyən yeni model çıxarılır. Ən son dəb olan əyilmiş ekranla təchiz edilmiş smartfonlardır. Komponent istehsalçıları, həmçinin yaxın gələcəkdə smartfonlara quraşdırılacaq yeni komponentlər təqdim edirlər. Aşağıda təqdim edilmiş üç smartfon komponenti digərlərindən daha sürətli inkişaf edəcək:
-
Ekranın təsvir ölçüsü
"Tech Radar" portalı jurnalistlərinin fikrincə, gələcəkdə smartfonlar ekranın təsvir ölçüsü planında masaüstü kompüter və noutbukları üstələyəcək. Ötən həftə "Japan Display" şirkəti planşet kompüterləri üçün 12 düym diaqonallı 4K təsvir ölçülü ekran nümayiş etdirib. Proqnozlara görə, smartfon və planşetofonlar üçün ilk 4K təsvir ölçülü ekranlar artıq gələn il çıxarılacaq və dərhal müvafiq modellərin elanlarına başlanılacaq.
-
Prosessorun gücü
Gələcəyin smartfonları, həmçinin güclü prosessorlarla təchiz ediləcəklər. "Apple" şirkəti "iPhone 5s" smartfonu üçün 64 bit "A7" prosessoru istehsal etməklə rəqiblərinə meydan oxuyub. Hazırda hər bir istehsalçı 64 bit arxitekturaya keçməyi planlaşdırır. Bu sahənin Çində inkişaf tempini nəzərə alsaq, bu, artıq çox yaxınlarda real olacaq. Xatırladaq ki, bir müddət əvvəl "MediaTek" şirkəti dünyanın ilk 8 nüvəli prosessorunu təqdim edib. Lakin güclü məhsuldarlıq və fotoşəklin yüksək təsvir ölçüsündə əks olunması böyük miqdarda enerji ayrılması nəticəsində mümkündür, buna görə istehsalçılar enerji sərfiyyatının azalması və akkumulyatorların ölçülərini böyütmədən onların tutumunu artırmaq haqqında düşünməlidirlər.
-
Daxili kameranın təsvir ölçüsü
Smartfonların əsas elementlərindən biri də kameradır. "Nokia", "Samsung" və bir sıra başqa şirkətlər istifadəçilərin kamerofonlara maraq göstərdiyini sübut ediblər. Mütəxəssislərin fikrincə, 55 meqapiksel yeni smartfonlar üçün növbəti həddir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL