waplog

Yaponiyanın “NTT” şirkəti ABŞ-ın iki rabitə operatorunu satın alır



Yaponiyanın nəhəng “NTT Communications” telekommunikasiya operatoru ABŞ-ın “Virtela Technology Service” şəbəkə operatorunun satın alınmasını, eləcə də “Raging Wire Data Centers” şirkətinin səhmlərinin xeyli hissəsinə sahib çıxmasını bəyan edib. Bu aktivlər “NTT”-yə Yaponiyadan kənarda məlumatların ötürülməsi bazarında əhəmiyyətli rol oynamağa imkan verəcək.

Bildirilir ki, şirkət “RagingWire”də 80 faizlik payı 350 milyon dollara alıb. Sövdələşmə “NTT”-nin ABŞ-da məlumat mərkəzlərinin ümumi ərazisini iki dəfə genişləndirməyə imkan verir.

Hazırda “RagingWire”in Kaliforniya və Virciniyada məlumat mərkəzləri fəaliyyət göstərir, həmçinin şirkət bir neçəsinin tikintisini aparır. Şəbəkələrin virtual infrastrukturuna əsaslanaraq dünyada məlumatların ötürülməsi servislərini (bu halda fiziki kabellərin icarəsinə ehtiyac duyulmur) təqdim edən “Virtela” şirkəti 525 milyon dollara satın alınıb. “Virtela” hazırda yerli tərəfdaşlar vasitəsilə dünyanın 190 ölkəsində korporativ müştərilərə malikdir.


İmzalanan sazişlər şirkətə dünya telekommunikasiya və internet bazarına çıxmağa kömək etməlidir, çünki Yaponiya bazarındakı mövcud rəqabət istənilən tempdə artıma imkan vermir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL