waplog

“ITU Telecom World 2014” tədbirinə Qətər ev sahibliyi edəcək


İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu "ITU Telecom World 2014" tədbirinə Qətər dövləti ev sahibliyi edəcək.
 
BTİ-nin rəsmi saytının məlumatına görə, qlobal İKT sahəsinin əsas iştirakçıları 2014-cü ilin dekabr ayında Dohada Qətər Milli Konvensiya Mərkəzində müzakirələrə qoşulacaqlar. Tədbir yüksək səviyyədə strateji müzakirələrin aparılması, bilik və təcrübə mübadiləsi, innovasiyaların nümayişi üçün dövlət və özəl sektorları təmsil edən İKT üzrə liderləri bir araya gətirəcək.
 
Məlumatda  qeyd edilib ki, BTİ-yə üzv dövlətlərin təklifləri arasında rəqabətli seçim prosesi əsasında "ITU Telecom World 2014" tədbirinə ev sahibliyi etmək üçün üstünlük Qətərə verilib, eyni zamanda tədbirin təşkilatçılığı sahəsində sözügedən dövlətə yardım edəcək şirkət də müəyyənləşib. Belə ki, tədbirin təşkilatçılığı əvvəllər "Qətər Telekom" kimi tanınan Qətərin beynəlxalq rabitə şirkəti "Ooredoo"ya həvalə edilib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti tədbirinin ev sahibi seçiminə BTİ-nin baş katibi Hamadun Ture də münasibət bildirib: "Biz şadıq ki, "ITU Telecom World 2014" tədbirinin ev sahibi olacaq Qətər dünyanın qabaqcıl, eyni zamanda aparıcı və ən inkişaf etmiş texnologiyaları qəbul etmiş ölkələrindən biridir. Yeni nəsil texnologiyaların dünya əhalisinin və İKT sənayesinin xeyrinə aparılan müzakirələrini "ITU Telecom World"də davam etdirmək üçün strateji əhəmiyyətli üç materikin kəsişməsində yerləşən Qətər ideal yerdir".
 
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2013" sərgisi cari ilin 19-22 noyabr tarixlərində Tailand Krallığının Banqkok şəhərində keçiriləcək. Hər il olduğu kimi, Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyinin (RİTN) nümayəndələri də tədbirdə iştirak edəcək.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL