Dünya bazarında smartfonların tədarükündə rekord qeydə alınıb
Çinin “Stategy Analytics” analitik şirkəti cari ilin üçüncü rübündə smartfonların qlobal tədarük həcminin tarixi maksimum həddinə çatmasını açıqlayıb. Belə ki, tarixdə ilk dəfə satılan smartfonların həcmi 250 milyon ədədi ötüb ki, bu da bir il əvvəlki göstəricidən 45 faiz çoxdur.
“Samsung dünya bazarına “Apple” ilə müqayisədə iki dəfə çox smartfon tədarük edib. Qabaqcıl “Galaxy S4” smartfon modelinin tədarükü gözlənildiyindən bir qədər zəif olsa da, yeni “Galaxy Note 3”, eləcə də “Galaxy Y” kimi smartfonlara davamlı tələbat Koreya istehsalçısına satış həcmini artırmağa imkan verib”, - "Strategy Analytics” şirkətinin icraçı direktoru Neyl Moston bildirib.
Say vahidində “Samsung”un tədarük həcmi il ərzində 55 faiz artaraq 88,4 milyon smartfon təşkil edib ki, bu da şirkətə bazarda 35 faizlik paya sahib çıxmağa imkan verib. Müqayisə üçün qeyd edək ki, “Apple” şirkətinin payı 26 faiz – 33,8 milyon “iPhone” modelinədək artıb, həmçinin dünya bazarında şirkətin ümumi payı 16 faizdən 13 faizədək azalıb. Analitiklər onu da qeyd edirlər ki, “Apple”ın bazarda ümumi payı azalsa da, 7,5 milyard dollar məbləğində rüblük gəlir əldə edib ki, bu da bazar gözləntilərindən çoxdur. Mənfəətin daha çox hissəsi yeni “iPhone 5S” və “iPhone 5C” modellərindən əldə olunub. “Strategy Analytics” nümayəndələri “Apple”ın qlobal satış həcminin cari ildə artacağını proqnozlaşdırırlar.
“Biz gözləyirik ki, “Apple” ilin sonuncu rübündə “iPhone 5S” modelinə tələbat fonunda yüksək nəticələrə nail olacaq”, - N.Moston qeyd edib.
Şirkətin məlumatına əsasən, smartfonların tədarük həcminə görə dünya reytinqində “Samsung” və “Apple”dan sonra “Huawei”, “LG” və “Lenovo” şirkətləri qərarlaşıb. Onu da qeyd etmək lazımdır ki, Çinin “Huawei” şirkəti tarixdə ilk dəfə 3 ən iri istehsalçı sırasına daxil olub, - “Cybersecurity” www.cybersecurity.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL