ABŞ-da uşaqların 72%-i mobil qurğulardan istifadə edir
“Common Sense Media” şirkətinin araşdırmasına əsasən, mobil qurğulardan istifadə edən amerikalı uşaqların sayı iki ildə 34% artıb.
“ICTnews” elektron xəbər xidməti “www.gazeta.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə 8 yaşdan aşağı istifadəçilərin sayı 38% təşkil etdiyi halda, hazırda bu göstərici 72%-dir.
Bundan başqa, müəyyən edilib ki, hazırda iki yaşdan aşağı uşaqların 38%-i mobil qurğulardan istifadə edir. 2011-ci ildə bu göstərici 10% olub.
Həmçinin məlum olub ki, uşaqların gün ərzində mobil qurğular arxasında keçirdiyi vaxt 15 dəqiqəyə qədər artıb. 2011-ci ildə bu göstərici 5 dəqiqə təşkil edib.
Sorğuda 1500 valideyn iştirak edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL