waplog

“IBM PC” yaradıcılarından biri vəfat edib


1981-ci ildə çıxan ilk kütləvi “IBM PC” fərdi kompüterin yaradılması üzrə layihəyə rəhbərlik etmiş Uilyam Lou 72 yaşında ABŞ-da ürəktutmasından vəfat edib.   
“Apple” və digər şirkətlərin fərdi kompüterlərin satışına başladığı 1970-ci illərin sonunda “IBM” kütləvi kompüterlərə böyük əhəmiyyət verməyib, belə ki, güclü, bahalı maşınların elmi və dövlət müəssisələrinə satışı ilə məşğul olub.

Şirkətdə 1962-ci ildə məhsulların sınağı üzrə mühəndis qismində fəaliyyətə başlayan U.Lou “IBM”-ə  rekord müddətə - bir il ərzində fərdi kompüter yaratmağı təklif edib və o buna nail olub. “IBM 5150” modelinin hazırlanması 1980-ci ilin iyulunda başlayıb və artıq 1981-ci ilin avqustunda başa çatıb. Alimin ideyasını Don Estricin rəhbərliyi altında 12 nəfərdən ibarət qrup həyata keçirib.  

İşin sürəti onunla izah edilir ki, U.Lou və onun həmkarları kənar istehsalçıların proqram təminatında istifadə etmək qərarına gəlib. Belə ki, “IBM 5150” modeli “Intel 8088” mikroprosessoru və o vaxtlar az tanınan  “Microsoft” korporasiyasının müəllifi olduğu “MS-DOS 1.0” əməliyyat sistemi ilə işləyib. Kompüterin qiyməti monitorsuz 1565 dollar olub və nəticədə “IBM”-in inkişaf etməkdə olan bazara gecikmiş gəlişi ona böyük uğur gətirib.  

1988-ci ildə - U.Lou “IBM”-in vitse-prezidenti olduqdan 2 il sonra “Xerox” şirkətinə işləməyə keçib. 1990-cı illərdən mühəndis biznes xidmətləri təklif edən müxtəlif şirkətlərin icraedici vəzifələrində çalışıb, - “Vesti www.vesti.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL