“Sony” və “LG” şirkətləri patent mübahisəsini həll ediblər
Yapon korporasiyası “Sony” və Cənubi Koreyanın “LG” şirkəti patent mübahisəsini həll ediblər, “LG” nümayəndəsinin bəyanatına istinadən “Reuters” bildirib. İki şirkət arasındakı razılaşmanın detalları bildirilmir. “LG” nümayəndəsi bildirib ki, şirkətlər öz texnologiyalarının kross-lisenziyalaşdırması haqqında razılaşıblar. “Sony” və “LG” şirkətləri Avropa və ABŞ məhkəmələrində bir-birinə qarşı verilmiş iddiaları, həmçinin patent təhqiqatı ilə bağlı şikayəti ABŞ Beynəlxalq Ticarət Komissiyasından geri çağıracaqlar.
“Sony” və “LG” şirkətləri 2010-cu ilin sonundan bir-birinə qarşı 24 iddia irəli sürüblər. “Sony” bildirib ki, “LG” öz smartfonlarında onun hazırlamalarından qeyri-qanuni istifadə edir, “LG” şirkəti isə iddia edir ki, onun patentlərini “Sony Bravia” televizorları və “PlayStation 3” konsolu pozur. Təhqiqatın kulminasiya nöqtəsi “Sony PlayStation 3” konsollarının Avropaya tədarükünə qadağa olub. Qadağa 2011-ci ilin mart ayında Haaqa Məhkəməsi tərəfindən qoyulub və elə həmin ayda da geri götürülüb, həm də “LG” şirkətini 130 min avro ölçüsündə cərimə ödəməsinə məhkum ediblər.
lenta.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL