Bu ilin sonunda “TASİM” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması gözlənilir
Bu ilin dekabr ayında "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi çərçivəsində operatorların Anlaşma Memorandumunun imzalanması gözlənilir.
"TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sənəd imzalandıqdan sonra magistralın hansı marşrutla tikiləcəyi və onun son qiyməti müəyyən ediləcək.
"Hazırda layihə çərçivəsində həyata keçirilə biləcək iki marşrut müzakirə edilir. Bu marşrutların biri magistralın Qazaxıstan üzərindən, ikinci marşrut isə magistralın Türkmənistan-Qırğızıstan-Tacikistan üzərindən keçməsini nəzərdə tutur və bu ərazilər dağlardan keçdiyinə görə daha çox vəsait tələb olunacaq. Qazaxıstan ərazisindən magistralın keçməsi gələcəkdə layihənin effektivliyini artırır, çünki bu ölkədə biznes inkişaf edir və bu seqmentdə trafikin doldurulması təmin olunacaq."
Xatırladaq ki, BMT-nin "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş sessiyasında Azərbaycan tərəfindən "TASİM" layihəsinin həyata keçirilməsini daha da sürətləndirmək məqsədi ilə Avrasiya Rabitə Alyansının yaradılması təşəbbüsünü irəli sürüb.
Artıq Avrasiya Rabitə Alyansının strukturunun formalaşdırılması üzrə işlərə başlanılıb və alyans bu ilin dekabr ayınadək işə başlayacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL