waplog

“Intel” smartfon və planşetlər üçün “LTE” modem buraxıb



 ABŞ-ın "Intel" şirkəti smartfon və planşetlər üçün çoxdiapazonlu "XMM 7160" "LTE" modulunun sənaye istehsalına başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.

Bundan əvvəl "XMM 7160" modulları "Samsung" şirkətinin sifarişi ilə tədarük edilib və artıq Avropa və Asiyada satılan "Galaxy Tab 3" (10.1) planşet kompüterlərində istifadə olunub. Sənaye miqyasında istehsala Asiya, Avropa və Şimali Amerikanın infrastruktur həllər tədarükçüləri və mobil rabitə operatorlarının iştirakı ilə modulun mobil rabitə şəbəkəsi ilə uyğunluq imkanları yoxlanıldıqdan sonra başlanıb.  
Şirkətlər birlikdə prosessor və "LTE" modulun vahid mühəndis həllində qurulmasının məntiqi olması ilə bağlı qərara gəliblər.

"Intel" məhsulu "2G", "3G" və "4G" "LTE" şəbəkələrində fasiləsiz qoşulmanı təmin edir, eləcə də "LTE" (VoLTE) şəbəkələrində "LTE"-nin 15 diapazonunu və səsli rabitə funksiyasını dəstəkləyir. Modul real vaxt rejimində konfiqurasiyaların quraşdırılması üçün geniş imkanlı arxitekturaya malikdir. Şirkət nümayəndələrinin fikrincə, bu, qənaətcil effektiv çoxdiapazonlu konfiqurasiyalar yaratmağa, akkumulyatorsuz iş vaxtını artırmağa və qlobal "LTE" rouminqi həyata keçirməyə imkan verir.  
"XMM 7160" modulunun bazara çıxarılması mobil qurğu istehsalçılarının məhsullar üçün "LTE" modullar seçimini genişləndirəcək. Hazırda smartfon və planşetlərin əksəriyyəti "LTE"-ni "LTE" modulun prosessorla inteqrasiya olunduğu "Qualcomm Snapdragon 600" və "Qualcomm Snapdragon 800" çiplərinin köməyi ilə dəstəkləyir, - "Digit www.digit.ru" yazır.  




 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL