waplog

Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemi yenilənib


“Smart Systems Texnology” şirkəti Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemini yeniləyib.

“Smart Systems Texnology” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkət Dövlət Neft Fondunda tətbiq etdiyi əsas proqram məhsullarından biri olan  “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sistemini yeniləyib.

“SMART-FİNANCE” AMS-nin digər yerli və xarici proqram məhsullarından üstünlükləri onun  Azərbaycan dilində tərtib olunması, real vaxt rejimində işləməyi, Milli Bankın təlimatlarına və həmçinin istifadəçi bank və müəssisələrin konkret tələblərinə uyğun olaraq daima təkmilləşdirilən və müasir standartlara uyğun olan çevik proqram olmasıdır.

Gələcəyin biznes sferasında daha çox tələb olunacaq iqtisadçıların informasiya və kommunikasiya texnologiyalarına, avtomatlaşdırılmış proqram məhsullarına daha yaxından bələd olmaları və hərtərəfli inkişaf etmələri məqsədilə, “Smart Systems Technology” şirkəti öz proqram məhsulları olan “SMART-BANK” Avtomatlaşdırılmış Bank Sistemi və “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sisteminin Azərbaycan Dövlət İqtisad Universitetində təmənnasız olaraq tədrisə tətbiqinə başlayıb.

“Smart Systems Technology” MMM-in proqram məhsulları “Oracle” VBİS-də yazıldığı üçün, şirkət “Oracle” şirkətinin partnyorluq şəbəkəsinə qoşulub (ORACLE PARTNER NETWORK) və şirkətin Azərbaycanda tərəfdaşıdır.


Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL