waplog

AMEA-nın Fizika İnstitutunda nanotexnologiyalar üzrə ən müasir avadanlıqlar quraşdırılıb


Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqələri çərçivəsində AMEA-nın Fizika İnstitutunda reallaşdırılan iki pilot layihəsi üzrə yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturları, eyni zamanda nanotexnologiyalar sahəsində dünyanın elmi cihazlar istehsal edən qabaqcıl şirkətlərinin ən modern cihaz, qurğu və avadanlıqları alınaraq quraşdırılıb.
 
Bu barədə 31 oktyabr - 1 noyabr tarixlərində keçirilən “Bakı Beynəlxalq Humanitar Forumu” çərçivəsində Bakıda səfərdə olan Fizika üzrə “Nobel” mükafatı laureatı (1985-ci il), Maks Plank adına Ştutqart Elmi Tədqiqat İnstitutunun professoru Klaus fon-Klitsinq ilə keçirilən görüşdə məlumat verilib.
 
AMEA Fizika İnstitutunda keçirilən görüşdə ABŞ-da, Yaponiyada kadrların ixtisasının artırılması, institutun ən qısa zamanda müasir tələblərə cavab verən ən yeni nəsil cihazlarla əvəz olunması barədə də məlumat verilib. AMEA-dan qeyd edilib ki, professor Klaus fon-Klitsinq görülən işlərin səviyyəsini və perspektivini yüksək qiymətləndirib, fikir mübadiləsi aparıb və öz tövsiyələrini verib. 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL