waplog

“Apple” sentyabrda Yaponiyada smartfon bazarında hömranlıq edir



“Counterpoint Research analitik şirkətindən bildirilib ki, amerikanın “Apple” korporasiyası bu il sentyabrın nəticəsinə görə Yaponiyada smartfon bazarının 33%-dən çoxuna sahiblənib.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətin ekspertləri deyir ki, ötən ay Yaponiyada satılmış smartfonların 34%-i “Apple” şirkətinin payına düşüb. “Counterpoint Research” şirkətindən bildirilib ki, amerika korporasiyası son qabacıl modeli “iPhone 5S” smartfonu, həmçinin Yaponiyanın aparıcı mobil operatoru “NTT Docomo” şirkətinin korporasiyanın distributorları sırasına qoşulması sayəsində birinci yeri tutmağa nail olub.

“Apple” korporasiyası ilk dəfə 2012-ci ildə Yaponiyanın smartfon bazarında birinci yer tutub. O zaman “iPhone 5” smartfonun satışa çıxarılması ölkədə smartfon satışlarının həcminin dərhal 42.1% artmasına səbəb olmuşdu.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL