waplog

“Google” şirkəti yeni “Nexus 5” smartfonunu satışa buraxıb


ABŞ-ın “Google” şirkəti dünən yeni “Nexus 5” smartfonunun satışlarına başlayıb. Korporasiya yenilənmiş qurğunun köməyi ilə ilk növbədə Çin və Yaponiya bazarlarında “Apple” şirkəti ilə rəqabət aparmaq niyyətindədir.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən smartfon ABŞ, Kanada, Avstraliya, Çin, Yaponiya və Qərbi Avropa ölkələri daxil olmaqla 10 ölkədə satışa çıxarılacaq. O, daha nazik və yüngül olub, 4,95 düym diaqonallı ekranla təchiz edilib.

Telefon “Qualcomm Snapdragon 800” prosessoru, 8 meqapiksellik kamera, 16 və 32 QB yaddaşla təchiz edilib. “Nexus 5” smartfonu LTE şəbəkələrini dəstəkləyir və “Android 4.4 KitKat” platformasında işləyir.
Qurğu ağ və qara rəngli korpuslarda tədarük olunur.

Standart modelin qiyməti 349 dollar təşkil edir.

"İnanılmaz qiymətə yüksək texnologiyalı smartfon təqdim edilib" –  “Google” şirkətində “Android” bölməsinin direktoru Sundar Piçai deyib. Onun sözlərinə görə, 2014-cü ildə şirkətin məqsədi sözügedən platformanın 1 milyard qurğuda aktivləşdirilməsidir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL