“Apple” 2014-cü ildə kapital xərclərinin həcmini artıracaq
“Apple” istehsalat avadanlıqlarının alınması, məhsulların testləşdirilməsi və pərakəndə satış dükanları üçün nəzərdə tutulmuş xərcləri 2014-cü ildə 57% artırmaq niyyətindədir.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi xəbərə əsasən, analitiklər hesab edirlər ki, önəmli xərclər internetə qoşulan “Apple TV” televizorunun və “iWatch” smart-saatlarının buraxılması ilə bağlıdır.
Şirkət bildirib ki, “Apple” şirkətinin kapital xərcləri cari maliyyə ilində, ötən ildəki 7 milyard dollara qarşı, 11 milyard dollaradək artacaq. Şirkətin ümumi strukturundan 550 milyona yaxın vəsait pərakəndə əməliyyatlarla bağlı olacaq. “Apple” 30-a yaxın yeni pərakəndə dükan açmaq və öncə açılan 20 dükanı yenidən qurmaq niyyətindədir.
Daha yüksək xərclər “Apple” şirkətinin yeni “iPhone” və “iPad Air” modellərinin satışlarından əmin olduğuna işarə edir.
Analitiklərin rəyinə əsasən, 2014-cü ilin sentyabrında başa çatan cari maliyyə ilində, “Apple” şirkətinin satışları 6-9% arta bilər və hazırkı 171 milyarda qarşı 184 milyard dollar təşkil edə bilər.
Bundan başqa, şirkətin hesabatında bildirilir ki, şirkətin işçilərinin sayı 80 300 nəfər təşkil edir və onların demək olar ki, 43 mini pərakəndə satış sahəsində işləyirlər. Bir il öncə “Apple” şirkətinin ştat cədvəlində 72 800 nəfər qeydə alınıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL