waplog

Azərbaycanla Silikon vadisi arasında əməkdaşlıq perspektivləri mövzusunda seminar keçirilib



Azərbaycan-Amerika Ticarət Palatası (USACC) “Azərbaycanla Silikon vadisi arasında əməkdaşlıq perspektivləri” mövzusunda seminar və brifinq keçirib.

“ICTnews” xəbər xidmətinin “USACC”-ın rəsmi məlumatına istinadən verdiyi xəbərə əsasən, brifinq “ICT USACC”-ın Azərbaycanda 2-5 dekabr tarixində baş tutacaq ticarət missiyasına hazırlığın bir hissəsi kimi təşkil edilib. Tədbirdə yerli İT şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “USACC”-ın icraçı direktoru Suzanna Sadıqova Azərbaycanın İKT sektorunun sürətli inkişafını, bu sahənin daha da böyük nailiyyətlər əldə edəcəyini təmin edəcək “Azerspace-1” Yerin orbitinə buraxılmasını, rəqəmli televiziyanın, internetin hökumətlə kommunikasiyaların inkişafını vurğulayıb.
S. Sadıqova seminarda iştirak edən Amerika şirkətlərini dünyanın ən tez inkişaf edən bazarlarından biri olan Azərbaycan bazarına öz məhsullarını çıxarmaq üçün “Bakutel-2013” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları üzrə sərgi-konfransında iştirakın unikal imkan olduğuna inandırıb.

Seminarda Azərbaycanın həyata keçirdiyi bir sıra digər irimiqyaslı layihələr haqda məlumat təqdim edilib. Təqdimatlar “Q&A” interaktiv sessiyası ilə müşahidə olunub.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL