waplog

“Apple”, “Microsoft” və “Sony” patent mübahisəsinə başlayıblar


“Google”, “HTC”, “Samsung” və “Huawei” şirkəti “Nortel”in patentlərinə görə məhkəməyə verilib. İddiaçı qismində “Apple”, “Microsoft”, “Blackberry”, “Ericsson” və “Sony” şirkətlərinin daxil olduğu “Rockstar” konsorsiumu çıxış edir.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, məhkəmə işinə Texas ştatında ABŞ-ın dairə məhkəməsində baxılacaq. “Rockstar” konsorsiumu cavabdehləri patent hüquqlarını pozmaqda ittiham edir.

“Google”un mətbuat katibi şərh verməkdən imtina edib. “Samsung”, “Huawei”, “HTC” və “Rockstar” nümayəndələri, həmçinin heç bir məlumat verməyiblər.

Bildirilib ki, “Samsung”, “Huawei” və “HTC” şirkətləri “Google”un “Android” platforması ilə işləyən smartfonlar istehsal edirlər və Amerikanın “Apple” və “Microsoft” korporasiyalarının ciddi rəqibi hesab edilirlər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL