waplog

Snoudenun poçt provayderi şəbəkəsində yazışmaları xüsusi xidmət orqanları üçün əlçatmaz olacaq


“Mashable” saytına əsasən, ABŞ hakimiyyətinin tələbi əsasında bağlanmış “Lavabit” poçt xidmətinin keçmiş sahibi yeni elektron poçtun yaradılması üzrə planlarını açıqlayıb. Nəticədə istifadəçilərin yazışmaları xüsusi xidmət orqanlarına əlçatmaz olacaq.

"Elektron məlumatların ötürülməsi üçün yeni protokol yazmaq vaxtı çatıb. Biz artıq internetə, dövlətlərə etibar edə bilmərik. İnternet istifadəçilərinin şəxsi həyatına müdaxiləyə qarşı dayanıqlı sistem hazırlamaq lazımdır" –  internet nəşrinə verdiyi müsahibədə “Lavabit” elektron poçt xidmətinin yaradıcısı Leydar Levison deyib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, artıq Levison əvvəllər internet kommunikasiyanın təhlükəsizliyi ilə məşğul olmuş “Silent Circle” startap komandası ilə birgə “Dark Mail” adlandırılmış yeni layihə üzərində işləyir.

Levisonun sözlərinə görə, “Dark Mail” poçt xidməti istifadəçiləri xüsusi xidmət orqanlarından etibarlı şəkildə qoruyacaq, həm də onların məlumatları internet provayderləri tərəfindən kəşfiyyat qurumlarına verilməyəcək. Levison “Dark Mail” xidmətinin texniki xüsusiyyətlərini yaxın həftələr ərzində dərc etməyə söz verib. Poçt xidmətinin istifadəyə verilməsi 2014-cü ilin ikinci rübünə nəzərdə tutulub.

Xatırladaq ki, “Lavabit” elektron poçt xidməti 2013-cü il avqustun əvvəlində bağlanıb. O zaman xidmətin yaradıcısı və sahibi demişdi ki, ABŞ hakimiyyəti poçtun bağlanılma səbəbləri haqqında informasiyanın yayılmasına qadağa qoyub. Təxminlərə əsasən, sözügedən xidmətin işini dayandırmasına ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin bu xidmətdən fəal istifadə etməsi səbəb olub.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL