Displey bazarının həcmi azalacaq
2014-cü ildə dünya displeylər bazarının həcminin azalmasının müşahidə olunacağı, həmçinin Çinin "BOE" və "CSOT" kimi istehsalçılarının panellərin buraxılış həcmini genişləndirməsini davam etdirməsi, ABŞ, Avropa və Çin bazarında alıcılar tərəfindən televizor alışına xərclərin azalması ilə əlaqədar məhsul bolluğunun olacağı gözlənilir.
"Televiziya qurğuları bazarının aparıcı oyunçularının böyük ümidlər bəslədiyi "OLED" və "UHD" modellərin kütləvi şəkildə yayılması üçün bir qədər vaxt lazımdır", - "The Korea Times" nəşrinə müsahibədə "Korea Display Industry Association" (KDIA) Assosiasiyasının əməkdaşı qeyd edib ki, hazırda istehlakçıları daha çox smartfon və planşet kompüterlər maraqlandırır.
Televizorlar üçün iriformatlı maye-kristal panellərə tələbatın azalması dünyanın nəhəng istehsalçıları "LG Display" və "Samsung Display" şirkətlərini istehsal gücünü genişləndirməklə bağlı planlara yenidən baxmağa və növbəti ildə bu məqsədlər üçün investisiyaları 20-30 faiz azaltmağa məcbur edib, - "DailyComm www.dailycomm.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL