“Apple” şirkəti vitse-prezidentsiz qaldı
“Apple” şirkətinin “iOS” əməliyyat sistemi bölməsinin texniki məsələlər üzrə vitse-prezidenti Henri Lamire “iOS 7” işə salınandan bir neçə həftə sonra vəzifəsini tərk edib.
“Apple”da 1990-cı ildə fəaliyyətə başlayan H.Lamire bir vaxtlar “iOS” rəhbəri Skott Forstolla orijinal “iPhone” modelinin hazırlanmasında çox sıx əməkdaşlıq edib. Onun adına vizual səsli poçt daxil olmaqla 5 patent qeydiyyatdan keçirilib. Son vaxtlar o, şirkətdə bütün proqram təşəbbüslərinə məsul olan Kreyq Federiqinin rəhbərliyi altında çalışıb.
Keçmiş vitse-prezident “iOS 7” işə salındıqdan sonra işdən getməyi planlaşdırıb. Onun işdən getməsi həm şirkət daxilində, həm də ondan kənarda hiss olunacaq. H.Lamireni “iOS”-un aparıcı mühəndisi vəzifəsində kimin əvəz edəcəyi hələ ki məlum deyil, - “3DNews www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL