“HP” şirkəti bazara yeni brend çıxarıb
ABŞ-ın "Hewlett-Packard” (HP) kompüter istehsalçısı 2002-ci ildə satın aldığı “Compaq” şirkətinin eyniadlı brendini bazara qaytarıb.
Bu əmtəə nişanı ilə bir vaxtlar satışdan çıxarılan noutbuklar istehsal olunub, lakin indi Çin bazarında satılan ucuz planşet kompüterlər bu brendlə təqdim edilir.
Təqdim olunan “Compaq 7”, “Compaq 7+” və “Compaq 8” modelləri dördnüvəli “Allwinner A31S” prosessoru və “Android 4.2” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğular həmçinin 8 və ya 16 giqabaytlıq quraşdırılmış və 1 giqabaytlıq operativ yaddaşla təchiz olunub.
Bundan başqa, “Compaq 7” və “Compaq 7+” planşetləri 1024х600 piksel təsvir ölçülü 7 düymlük displeyə malikdir. Ekranlar matrisaları ilə fərqlənir, belə ki, “Compaq 7”-də “TN” texnologiyasından, digərində daha təkmil “IPS”-dən istifadə edilib.
“Compaq 8” modelinin ekran ölçüsü 1024х768 piksel təsvir ölçüsü ilə 7,85 düym təşkil edir. Yeni qurğuların digər funksiyaları barədə məlumat verilmir.
“HP Compaq” markalı planşetlər Çin bazarında 990 yuana (təxminən 165 dollar) satılacaq. Qurğuların Çindən kənarda satılması məlum deyil, - "DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL