waplog

Azərbaycanda mobil smartfon və mobil internet istifadəçilərinin sayı artıb


"Opera Software" şirkəti bu ilin üç rübünün nəticələrinə əsasən Azərbaycanda  ən çox istifadə edilən mobil qurğuların siyahısını müəyyən edib. 

"ICTnews" xəbər xidmətinin şirkətin rəsmi məlumatına istinadən verdiyi məlumata əsasən, "Android" üçün "Opera Mini" və "Opera" brauzerlərinin mobil versiyalarının istifadəçilərinin sayı 6,6% artaraq 34,4% təşkil edir. Bununla yanaşı, ölkədə istifadə edilən "Android" və "iOS" əsaslı smartfonların sayı da müvafiq olaraq 45% və 9% artıb.

"Opera"nın araşdırmaçıları göstərib ki, bu ilin üçüncü rübündə ölkədə "Opera Mini" mobil brauzerinin istifadəçiləri tərəfindən mobil internetin istifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım müşahidə olunub.

İlin ikinci rübündə olduğu kimi üçüncü rübdə də Azərbaycanda "Opera Mini" istifadəçiləri arasında ən populyar smartfon modelləri "Nokia C3-00", "Nokia 2700c-2", "Nokia 5130c-2", "Nokia 6300", "Nokia C2-01","Apple iPhone", "Nokia X2-01", "Nokia C2-00 8", "Nokia X2-00 9", "Nokia 200" smartfonları olub.

"Android" əsaslı ən populyar smartfonlar siyahısında ikinci rübdə olduğu kimi "Samsung" şirkətinin smartfon modelləri olub və bu modellər "HTC One X" modelini bu siyahıdan sıxışdırıb çıxarıblar.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL