waplog

“Internet Explorer” brauzerinin bazar payı artmağa davam edir


Microsoft" korporasiyasının "Internet Explorer" brauzeri oktyabr ayının yekununa görə istifadəçilər arasında ən populyar brauzer olaraq qalır. Onun bazaar payı 58,22% təşkil edib. İkinci yerdə 18,7% bazaar payına malik "Firefox", üçüncüdə 15,42% ilə "Chrome" qərarlaşıb.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Safari" brauzerinin payı bir qədər azalıb. "Net Applications" şirkətinin məlumatına görə, 2013-cü ilin oktyabrında onun payı 5,84% olub. 1,42% bazaar payına malik Norveçin "Opera" şirkəti ilk beşlikdə yer alıb.

"Net Applications" reytinqində brauzerlərin mövqeyi uzun müddətdir dəyişmir, yalnız onların bazaar payı "oynayır".

12 ay ərzində müşahidə olunan daha bir tendensiya "Internet Explorer"in bazar payının müntəzəm artmasıdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL