“Nokia” və “Samsung” lisenziya sazişinin müddətini uzadıb
Finlandiyanın “Nokia” şirkəti Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının onunla əvvəllər patent lisenziyasına dair imzaladığı sazişin müddətinin daha 5 il uzadılmasını elan edib. Yenilənən və müddəti uzadılmış sazişə əsasən, şirkətlər 1 yanvar 2014-cü ildən yeni şərtlərlə fəaliyyətə başlayacaq. “Nokia” Cənubi Koreya istehsalçısından mobil rabitə texnologiyaları ilə bağlı patentlərindən istifadə üçün əlavə kompensasiyalar alacaq.
“Nokia” və “Samsung” şirkətləri sazişin maliyyə və digər şərtlərini açıqlamır.
Xatırladaq ki, “Nokia” smartfon biznesini “Microsoft” korporasiyasına satsa da, şirkət bütün patentləri üzrə hüququ özündə saxlayır, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL