waplog

“BlackBerry” şirkəti yenidən qurulması üçün 1 milyard dollar alacaq



“BlackBerry” istehsalçısı aktivlərinin “Fairfax Financial” şirkətinə satılmasına dair sazişi imzalamayacaq və investisiyaların cəlb edilməsi və rəhbərliyin dəyişməsi vasitəsilə böhranlı vəziyyətdən çıxmağa çalışacaq. Bu barədə Kanada istehsalçısının məlumatında deyilir.  
Şirkətin yaydığı məlumatdan aydın olub ki, “BlackBerry” şirkəti “Fairfax Financial” və digər investorlar qrupundan konversiya edilən istiqrazlar paketi üçün 1 milyard dollar məbləğində vəsait alaraq sövdələşməni iki həftə ərzində başa çatdırmağı planlaşdırır. 

Bundan başqa, bildirilir ki, şirkətin rəhbərliyində xeyli dəyişikliklər baş verəcək. Belə ki, şirkətin baş direktoru Torsten Heyns istefaya göndəriləcək və onun yerinə “Sybase” şirkətinin keçmiş rəhbəri Con Çen təyin olunacaq. O, həmçinin “BlackBerry” Direktorlar Şurasının sədri olacaq.
“BlackBerry”  nəhəng smartfon istehsalçısıdır. Son illər ərzində şirkətin dünya bazarında payı azalmağa doğru gedib və hazırda təxminən 3 faiz təşkil edir, - "Digit www.digit.ru” yazır.   




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL