“Apple” şirkəti dördüncü rübdə 18-20 milyon planşet satacaq
Yeni “iPad Air” planşetlərinin satışlarına başlanılması və “iPad Mini” planşetinin qiymətinin azalması nəticəsində “Apple” şirkəti dördüncü rübdə planşet kompüterlərinin satış həcminin yaxşı olacağını gözləyir. Mənbələrə görə, “Apple” dördüncü rübdə 18-20 milyon planşet satmağı planlaşdırır. 2012-ci ilin dördüncü rübündə planşetlərin satış həcmi 14,1 milyon olub.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin üç rübü ərzində “iPad” planşetlərinin qlobal satış həcmi 48,2 milyon olub və dördüncü rübdə satış həcminin 18-20 milyon olacağını nəzərə alsaq, cari ildə “iPad” planşetinin qlobal satış həcmi 66-68 milyon ola bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL