waplog

“HGST” şirkəti helium əsasında işləyən sərt disklər çıxarıb


Hazırda “Western Digital” (WD) şirkətinin strukturuna daxil olan “HGST” sərt disk istehsalçısı təxminən 10 il müddətində yeni sərt disk konsepsiyası hazırlayıb. Bu konsepsiya daşıyıcının lövhələrini bir-birinə yaxın yerləşdirməyə icazə verir. Lakin gözləməyinə dəyərmiş. Şirkətdə hazırlanan sərt disklərin daxili heliumla doldurulub.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “WD” şirkətindən bildirilib ki, “HGST” törəmə şirkəti bu gün içərisi heliumla doldurulmuş 3,5 düymlük sərt disklərin tədarükünə başlayıb.  Helium başqa struktura malikdir və sərt diskin lövhələrini bir-birinə daha yaxın yerləşdirməyə icazə verir. Nəticədə, şirkət bu gün içərisi adi qazla deyil, heliumla doldurulmuş və həcmi 6 TB olan dünyanın ilk korporativ sərt diskini təqdim edib. Ən tutumlu "hava" sərt disklərinin həcmi hazırda 4 TB təşkil edir.

Şirkətdən bildirilib ki, yeni “Ultrastar He6” sərt diskləri daha aşağı enerji sərfiyyatına (23%) malikdir. Bundan başqa, ənənəvi 4 TB-lıq sərt disklər 5 lövhəyə malikdir, halbuki içərisi heliumla doldurulmuş 6 TB-lıq daşıyıcı eyni ölçüləri saxlamaq şərtilə 7 lövhə yerləşdirməyə icazə verir.

“HGST”-dən yeni sərt disklərin qiyməti açıqlanmayıb, lakin bildirilib ki, onlar server və saxlanc sistemləri istehsalçılarına satılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL