Hindistan Marsa ilk planetlərarası stansiya göndərir
Bu gün Hindistan Marsa ilk kosmik missiya göndərir. "Manqalyan" pilotsuz gəmisi Şrixarikota adasında yerləşən kosmodromdan işə salınacaq. Qırmızı planetdə həyat əlamətləri axtarmağa cəhd edəcək zondun missiyası 300 gün davam edəcək. İstehsalçıların planlarına əsasən, aparat gələn ilin sentyabrında Marsa çatacaq.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbərliyi bildirib ki, gələcəkdə daha genişmiqyaslı kosmik proqramlar planlaşdırılıb. Hazırda yalnız ABŞ, Rusiya və Avropa İttifaqı Mars planetinə uğurlu missiya həyata keçirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL