waplog

“Apple” ABŞ-da zavod tikəcək



“Apple” şirkəti ABŞ-ın Arizona ştatında sapfir şüşə istehsal üzrə zavodun inşasına 578 milyon dollar xərcləyəcək. Bu barədə tikintidə podratçı təşkilat qismində çıxış edəcək “GT Advanced Technologies” şirkətinin məlumatında deyilir.

“GT Advanced Technologies” şirkəti “Apple” ilə əməkdaşlıq haqqında saziş imzalayaraq avadanlığın alınması və istehsalın təşkili üçün 578 milyon dollar əldə edəcək. Sazişə əsasən, podratçı təşkilat aldığı vəsaitləri 2015-ci ildən etibarən 5 il ərzində məhsulla qaytaracaq. Arizonada tikiləcək yeni zavodda 700 nəfərdən çox işçinin çalışacağı gözlənilir. Bundan başqa, “Apple”ın xüsusi nümayəndəsi Kristin Hyuqet “AllThingsD” portalına müsahibədə bildirib ki, zavod bütünlüklə ekoloji təmiz enerji ilə fəaliyyət göstərəcək. 

“GT” həmçinin məhsulun maya dəyərini azaltmaq və böyük həcmli tədarükləri təmin etmək məqsədilə sapfir şüşə istehsalı üzrə təkmil dəzgahların hazırlanması ilə məşğul olacaq, - "Digit www.digit.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL