waplog

“Toyota” yeni nəsil avtomobil təqdim edib


Yaponiyanın “Toyota” şirkəti bu gün Tokio avtosalonunda rəngini sürücünün əhvalına uyğun dəyişən avtomobil təqdim edib. Şirkətdən bildirilib ki, maşının rəngi sürücünün əhvalından asılıdır, belə ki, avtomobilin salonunda üz və emosiyaları tanıyan xüsusi sistem quraşdırılıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “FV2” avtomobili – bu, son ildə avtomobil istehsalçısının laboratoriyalarında üzərində iş aparılan bəzi texnologiyaların erkən prototipidir. Şirkətdən bildirilib ki, “FV2” avtomobilini təkmilləşdirməyə davam edəcəklər.

"Sözügedən avtomobil gələcək nəsillər üçün nəzərdə tutulub" – şirkətin meneceri Takeo Moriai deyib. "Tətbiq edilmiş texnologiyaların əksəriyyəti hələ ki inkişaf mərhələsindədir".

“FV2” avtomobili hidrogenə əsaslanan yanacaq elementləri ilə işləyir. “Toyota” şirkətindən bildirilib ki, şirkət hidrogenlə işləyən avtomobilin kommersiya modellərini 2015-ci ildən sonra istehsal etməyə başlayacaq.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL