Artıq gözlərin köməyi ilə də kompüteri idarə etmək mümkün olacaq
Elm daima inkişaf edir. Belə ki, çox tezliklə insanlar kompüteri gözləri ilə idarə edə biləcəklər.
“ICTnews” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, “The Eye Tribe Tracker” qurğusu Danimarkanın “The Eye Tribe” şirkəti tərəfindən hazırlanıb.
Bu cihaz USB portun köməyi ilə kompüter, noutbuk və ya planşetə qoşulur. Daxili datçik infraqırmızı işıqlandırmanın köməyi ilə gözlərin hərəkətlərini qeydə alır və onları əmr kimi tanıyır.
Beləliklə, artıq sadəcə ekrana baxmaqla elektron kitabların səhifələrini vərəqləmək və pleyerdə musiqiləri dəyişdirmək olar. “The Eye Tribe Tracker” qurğusu artıq “Windows” əsaslı qurğularla işləyir, hazırda “Android” və “iOS” üçün versiyalar hazırlanır.
99 dollar dəyərində cihaz üçün artıq ilkin sifarişlər qəbul olunur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL