waplog

25 dollarlıq kompüter monitorla təchiz ediləcək


"Kickstarter" xidmətində "Raspberry Pi" mini-kompüterinə monitor üçün pul toplanılmağa başlanıb. "HDMIPi" adlandırılmış monitorun diaqonalı 9 düym və təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, monitor kompüterə "HDMI" vasitəsilə qoşulacaq.

"HDMIPi" iki şirkətin (RasPi.TV və Cyntech) birgə səyi nəticəsində buraxılacaq. Onlar bildiriblər ki, gələcəkdə ekranın sensor versiyası da təqdim edilə bilər.

2014-cü ilin fevralında ekranın tədarüklərinə başlanılacaq. O, pərakəndə satışa da çıxarılacaq. ABŞ-da monitorun qiyməti 100 dollar olduğu halda Avropada 20-23% daha baha olacaq.
Xatırladaq ki, "Raspberry Pi" kompüteri 2011-ci ildə təqdim edilib. O, ABŞ-da tədarüksüz 25 dollara başa gəlir. Kompüter bank kartı ölçüsündə lövhə şəklində, monitor, korpus, "maus" və klaviatura olmadan tədarük olunur.

"Raspberry Pi" uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün kompüter kimi təqdim olunurdu, lakin daha geniş auditoriyanın marağını cəlb etməyə müvəffəq olub: çox zaman ondan həvəskar elektron sistemlərin "beyni" kimi istifadə edirlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL