İKT nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi mövzusunda Ağstafada gənclərlə görüş keçirilib
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi" layihəsi çərçivəsində Ağstafa şəhəri Gənclər Mərkəzində gənclərlə görüş keçirilib. Görüşdə layihənin müəlifi Əlimərdan Sultanov, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetin müəllimi Murad Salman, Azərbaycanın Almaniyada diasporunun nümayəndəsi, Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquq magsitrantı Orxan Tağıyev, Ağstafa şəhərində yaşayan gənclər iştirak ediblər.
Tədbirdə layihədən söz açan layihənin Ə.Sultanov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gənclərlə İKT-nin nailiyyətləri haqda müzakirələr aparmaq, bu nailiyyətlərdən düzgün şəkildə bəhrələnmək imkanlarını müzakirə etməkdir.
O bildirib ki, layihə çərçivəsində Azərbaycanın üç region şəhəri olan Ağstafa, Şəki və Lənkəranda gənclərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Ölkəmizdə son 10 il ərzində İKT sahəsində əldə olunan nailiyyətlərə toxunan Əlimərdan Sultanov qeyd edib ki, 2013-cü il Azərbaycan Respublikasında "İKT ili" elan edilib və bu gün İKT sektorunun inkişafı prioritet istiqamətlərdəndir, bu sahə strateji sahə olaraq, həm cəmiyyətin, həm də dövlətin diqqət mərkəzindədir. O İKT sahəsində əldə olunan inkişafa toxunaraq qeyd edib ki, bu gün artıq Azərbaycanın öz süni peyki var və ölkəmiz dünya üzrə 18 dövlətdən biridir.
Son on ildə internetin sürəti və internet istifadəçilərinin sayı on dəfə artıb, Azərbaycanda internetin sürətli inkişaf təmin olunub və ölkəmiz MDB ölkələri arasında liderliyini saxlayıb. "Elektron hökumət"in formalaşması və elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Çıxışında b İKT nailiyyətlərindən düzgün istifadənin vacib olduğunu qeyd edən Ə.Sultanov bildirib ki, bu gün gənclər informasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlərdən düzgün şəkildə dövlətin və cəmiyyətin inkişafı üçün istifadə etməlidirlər.
Görüşdə çıxış edən Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetin müəllimi Murad Salman İKT-nin təhsildə tətbiqi və əldə edilmiş son nailiyyətlər haqda məlumat verib. O bildirib ki, bu gün ölkəmizdə hər bir sahədə informasiya texnologiyalarının tətbiqi üçün əlverişli imkan var. Azərbaycan dövləti "Elektron hökumət"in formalaşmasında maraqlıdır. Xüsusilə təhsil sahəsində informasiya texnologiyalarının nailiyyətlərindən istifadənin vacib olduğunu bildirən Murad Salman bu sahədə də ölkəmizdə inkişafın davam etməsini təqdirəlayiq hal hesab edib.
Sonra tədbirdə çıxış edən Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquq magistrantı Orxan Tağıyev Almaniyada İKT sektorunun inkişafı haqda danışıb və bildrib ki, ictimai həyat və dövlət idarəçiliyində İKT nailiyyətlərinin tətbiqi Almaniyada prioritet istiqamətlərdəndir.
Daha sonra tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL