“Apple” şirkəti federal sorğular haqqında məlumatı açıqlayıb
Amerikanın "Apple" şirkəti ABŞ və başqa ölkələrin hökumətləri tərəfindən göndərilən istifadəçi məlumatlarının sorğuları haqqında hesabatı təqdim edib.
"Biz qanuna əsasən paylaşıla bilən bütün informasiyanı dərc etmişik" – korporasiyanın bəyanatında qeyd edilib. Bununla belə "Apple" şirkətinin nümayəndələri əmin ediblər ki, şirkət xüsusi xidmət orqanlarının sorğuları haqqında hesabatlar daxil olmaqla, bütün statistikanı dərc etmək imkanına nail olmaq üçün əlindən gələni edəcək”.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hesabata əsasən, “Apple” şirkətinə 31 ölkənin hökumətindən sorğu göndərilib. 2013-cü il yanvarın 1-dən iyunun 30-dək ABŞ Xüsusi Xidmət orqanları qurğularla bağlı informasiyaya aid 3500 sorğu göndəriblər. Almaniya və Sinqapurun hüquq-mühafizə orqanları aktivliyi ilə seçiliblər: onlar şirkətə cihazlarla bağlı müvafiq olaraq 2100 və 1400 sorğu göndəriblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL