waplog

“LG Display” maye-kristal panellər bazarında liderliyini saxlayır



Cənubi Koreyanın "LG Display" şirkəti 9,1 və daha böyük düymlü maye-kristal panellər (LCD) bazarında liderliyini qoruyub. Bu barədə 2013-cü ilin üçüncü rübünə yekun vuran "DisplaySearch" şirkətinin analitikləri bildirib.

Analitiklərin hesablamalarına əsasən, iyul-sentyabr aylarında şirkət 45,15 milyon panel istehsal edib ki, bu da ötən rübün yekunları üzrə 173 milyon ədəd qiymətləndirilən ümumi bazar həcminin 26,1 faizini təşkil edir. Burada söhbət monitor, noutbuk və televizorlarda istifadə olunan panellərdən gedir.

"LG Display " bu bazarda 2009-cu ilin dördüncü rübündən liderlik edir. Rəqib "Samsung Display" şirkəti ikinci yerdə qərarlaşıb. Cari ilin sentyabrın sonuna olan vəziyyətə görə, bu şirkətin payı 19,4 faiz, buraxılan panellərin sayı 34,2 milyon ədəd təşkil edib.

Tayvanın "Chimei Innolux" və "AU Optronics" istehsalçıları müvafiq olaraq 3-cü və 4-cü yeri tutmaqla 17,5 və 16,9 faizlik bazar payına sahibdir.

"LG Display" həmçinin maye-kristal panellərin satışından əldə olunan mədaxilin məbləğinə görə liderdir. Şirkət bu biznesdən üçüncü rübdə 4,87 milyard dollar qazanc götürüb. "Samsung Display"in mənfəəti 3,72 milyard dollara bərabər olub. Bu istehsalçılar ikisi birlikdə "LCD" panellər bazarının 46,8 faizinə nəzarət edir. Məhsul istehsalçılarının ümumu gəliri 18,37 milyard dollar təşkil edib, - "DailyComm www.dailycomm.ru" yazır.



 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL