Yarımkeçiricilərin satış rekordu təzələnib
Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına əsasən, 2013-cü ilin iyul-sentyabr ayları ərzində yarımkeçiricilərin qlobal satış həcmi 80.92 milyard dollar təşkil edib. Bu il üçüncü rübün nəticəsi 2012-ci ilin müvafiq rübünün göstəricisindən 8.4% çox olub.
"Cari ilin üçüncü rübündə nəzərəçarpacaq artım tempi toplamış yarımkeçirici sahə bu ili yaxşı nəticələrlə başa vurmaq üçün əla şansa malikdir” - assosiasiyanın prezidenti və icraçı direktoru Brayan Tui deyib. O vurğulayıb ki, sentyabrda qeydə alınmış aylıq və rüblük rekordlar seqmentdə yeni, əlverişli tendensiyalardan xəbər verir.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, regional nöqteyi-nəzərdən ən yüksək irəliləyiş Amerikada qeydə alınıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL