waplog

“Huawei” “5G” şəbəkəsinin hazırlanmasına 600 milyon dollar xərcləyəcək



Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı 2018-ci ilədək beşinci nəsil şəbəkəsinin (5G) inkişafına 600 milyon dollar investisiya yatıracaq. Bu barədə şirkətin məlumatında deyilir.
Şirkət şəbəkəni 2018-ci ilədək yaratmağı, 2020-ci ilədək kommersiya istifadəsinə verməyi planlaşdırır. “5G” məlumatları saniyədə 10 giqabit sürətində simsiz ötürməyə imkan verir ki, bu da mövcud “4G” şəbəkəsinin göstəricisindən 100 dəfə çoxdur.  

Texnologiyanın hazırlanmasına çəkiləcək xərclərə “5G” avadanlığının konkret nümunələrinin yaradılmasına yatırılacaq sərmayələr daxil deyil.  

Ümumdünya Mobil Rabitə Avadanlığı İstehsalçıları Assosiasiyasının (GSA) məlumatına görə, hazırda 75 ölkədə təxminən 200-dək “4G” şəbəkəsi istismara verilib və yaxud istismara verilməsi nəzərdə tutulur. “ABI Research” şirkətinin proqnozuna görə, 2018-ci ilədək Yer kürəsi əhalisinin yarısı “4G” şəbəkəsindən istifadə imkanı əldə edəcək. 

Nəhəng telekommunikasiya avadanlığı istehsalçısı olan “Huawei” şirkətinin mənzil-qərargahı Çinin Şençjen şəhərində yerləşir, - "Digit www.digit.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL