waplog

İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurası yaradılıb


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurası yaradılıb. Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib. AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək şuranın yaradılmasının zəruriyyətindən danışıb.
 
 O, belə bir təşəbbüsün AMEA-da aparılan islahatlar çərçivəsində mühüm addımlardan biri olduğunu bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev isə çıxışında vurğulayıb ki, ölkədə elmi tədqiqatların  nəticələrinin iqtisa­diyyatın müxtəlif sferalarına geniş tətbiqi zərurəti yaranıb. Bu, el­mi fəaliyyət sahəsində innovativ mexanizmlərin tətbiqi istiqamətində islahatların həyata keçirilməsinin vacibliyini də önə çıxarır.
 
 Elmi fəaliyyətə yönəldilən maliyyə və­­sait­­lə­rinin səmərəliliyinin artırılması üçün müasir standartlara uyğun tədqiqatların bey­nəlxalq təşkilatlar tərə­findən ma­liyyələşdirilməsi mexanizminin tətbiqi qarşıda duran mühüm məsələlərdəndir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL