waplog

“Intel” “Əşyalar interneti” üçün çip və proqram istehsalı ilə məşğul olacaq


Dünyanın nəhəng mikroçip istehsalçılarından biri “Intel” şirkəti “Əşyalar interneti” – “ağıllı” məişət texnikası, kiçik qurğular və daşınan elektronika üçün mikroçip və proqram təminatı ilə məşğul olacaq yeni bölmə yaradır.   

Şirkət nümayəndələrinin fikrincə, elektronika bazarında internet vasitəsilə müxtəlif növ qurğuların bir-biri ilə əlaqəsi kimi yeni tendensiyaların təşəkkülü yeni aparat və proqram təminatına yüksək tələbat üçün zəmin yaratmalıdır. ABŞ istehsalçısının “Internet of Things Solutions Group” (“Əşyalar interneti” üçün işləmələr qrupu) adlandırılan yeni bölməsi bilavasitə şirkətin baş direktoru Brayan Krjaniçin tabeçiliyində fəaliyyət göstərəcək.

Yeni biznes vahidi şirkətin smartfon, planşet və kompüter hibridlərində quraşdırılan “ARM” prosessorlarının rəqibi kimi təqdim etdiyi qənaətcil “Atom” prosessoru ilə işləyəcək.

Fərdi kompüterlər bazarı üçün çip istehsalında lider olan “Intel” smartfon və planşet kompüterlər bazarında da lider mövqe tutmağa çalışır. Hazırda aparıcı istehsalçıları maraqlandıracaq mobil qurğular üçün prosessorların hazırlanması şirkətin prioritetləri sırasına daxildir, - “Vesti www.vesti.ru” yazır.     

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL