“iPad Air” modelinin istehsal dəyəri 13 faiz azalıb
“Apple” şirkəti “iPad” planşet kompüterinin son versiyası üçün istehsal xərclərini azaldıb. Belə ki, ABŞ-da qurğunun baza versiyasının qiyməti 499 dollardan başlayır, şirkətə isə bu planşetin istehsalı 274 dollara başa gəlir ki, bu da istehsal dəyəri 316 dollar təşkil edən "iPad 4 Retina” modelindən 13 faiz ucuzdur. “iPad” modelinin üçüncü versiyasının istehsal qiyməti də təxminən eynidir. Bu barədə “IHS iSuppli” analitik şirkətinin mütəxəssisləri məlumat verib.
“Apple” rəsmən “iPad”in maya dəyəri haqqında məlumatları şərh etməsə də, ötən rübün yekunlarına həsr olunan təqdimat zamanı şirkətin maliyyə direktoru Piter Oppenhaymer bildirib ki, “Apple” məhsul buraxılışına xərcləri azaltmaq üzərində fəal iş aparır.
“iPad Air”in maya dəyəri və pərakəndə satış qiyməti arasında fərq aydın sezilir. Bu xüsusilə böyük həcmli yaddaşa malik olan qurğulara aiddir. Belə ki, 32 giqabaytlıq baza versiyasının qiyməti 16 giqabaytlığın qiymətindən cəmi 8,40 dollar baha olsa da, pərakəndə satışda bu fərq 100 dollar təşkil edir.
Analitiklər qeyd edirlər ki, maya dəyərinin azaldılması ilə paralel istehlakçılar da getdikcə daha çox ucuz qurğulara meyil göstərir və məhz buna görə “Apple” onların qiymətini aşağı salır. Məsələn, bir il əvvəl iyul-sentyabrda satılan “iPad”in orta qiyməti 508 dollar olduğu halda hazırda əvvəlki nəsil “iPad Mini” və “iPad” modellərinə tələbat sayəsində 439 dollaradək azalıb, - deyə analitiklər vurğulayır, - "Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL